backend

Biləsuvarda kütləvi dava: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Biləsuvar rayonunda kütləvi dava olub.
Hələlik səbəbi məlum olmayan hadisə rayon mərkəzindəki Səməd Vurğun küçəsində qeydə alınıb.
Dava nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onlardan birinin-Biləsuvar rayon Səmədabad kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Bəhruz Adil oğlunun vəziyyətini ağır kimi qiymətləndiriblər. Onun baş nahiyəsindən ağır xəsarətlər aldığı bildirilib. Digər yaralıya ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

///report