Bill Gates, koronavirusla bağlı yeni proqnozunu veribbackend

Bill Gates, koronavirusla bağlı yeni proqnozunu verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bill Gates-in fikrincə pandemiyanın sonu artıq görünür. Lakin varlı ölkələr üçün o daha parlaq görünür. Həmin ölkələr normal həyat tərzinə artıq 2021-ci ilin sonunda qayıda biləcəklər. Yerdə qalan dövlətlər isə 1 il də gözləməli olacaqlar. Bununla yanaşı Bill Gates narahatdır ki, Rusiya və Çin hökumətləri öz vətəndaşlarına lazımi testlərdən keçməmiş vaksini vura bilsinlər. ABŞ-da bu cür hal mümkün deyil. Onun fikrincə vaksin digər ölkələr ilə müqayisədə ABŞ-da 4 ay sonra ortaya çıxsa bunda qorxulu heç bir şey yoxdur. Bu barədə Business Insider saytı xəbər verib. Bill Gates-in fikrincə koronavirusun yayılmasının qarşısını almaq və vaksinin hazırlanması üçün verilmiş səylər öz bəhrəsini verməyə başlayıb. Tunelin sonundakı işıq artıq görünür.

Lakin Bill Gates-in sözlərinə əsasən təəssüflər olsun ki, pandemiya tam şəkildə yarım ildən sonra yox il yarımdan sonra bitəcək.
“Diaqnostikanın əhatə sahəsini artırmaq üçün olan innovasiyaların inteqrasiyası, yeni terapevtik üsulların və vaksinlərin yaranması həqiqətən də diqqəti cəlb edir. Və bu cür hallar məni düşündürməyə vadar edir ki, varlı dövlətlərdə buna 2021-ci ilin sonunda qalib gələ bilərik. Ümumilikdə bütün dünyada isə bu, 2022-ci ilin sonuna bitəcək” – deyə Bill Gates qeyd edib.

Onun fikrincə Rusiyada və Çində vaksin istehsalçılarına təzyiq o qədər yüksəkdir ki, vətəndaşlara effektivlik və təhlükəsizlik testlərindən keçməmiş vaksinlər vura bilərlər. ABŞ-da sanitar nəzarət üzrə idarəetmə (FDA) bu cür halın baş verməsinə yol verməz. Buna görə də ABŞ-da vaksin 3-4 ay gecikmə ilə təqdim ediləcək. Lakin buna baxmayaraq Gates etiraf edib ki, hətta ABŞ-da da hər şey bu qədər yaxşı deyil. Belə ki, insanların effektiv şəkildə COVID-19 testlərindən keçmələri qarşısında duran ən böyük əngəl “axmaqlıq”-dır. ABŞ-da aparılmış testlərin böyük hissəsi faydasız olub.

Çünki testlərin cavabları çox gec (1 həftədən çox) çıxır. Buna görə də o bu məsələnin həllini belə üsul ilə təklif edir: Laboratoriyalar testlərə görə yalnız o halda ödəniş almalıdırlar ki, onlar testlərin nəticələrini 48 saat ərzində təqdim edə bilsinlər. “Təbii ki, onlara testlərin aparılma müddəti maraqlı deyil. Çünki ödəniş hər ehtimalda ediləcək. Onlar hər bir müştərini buna cəlb edəcəklər. Çünki onlar bu üsulla külli miqdarda vəsaitlər qazanırlar. Bunun üçün xüsusi ödəniş sistemi yaradılmalıdır. Həmin ödəniş sistemində müştəri 24 saat ərzində təqdim edilmiş test cavabına görə əlavə pul ödəməli, 48 saat ərzində təqdim edilmiş test cavabına görə standart vəsait ödəməli, test cavabı 48 saatdan sonra veriləndə isə müştəri ümumiyyətlə heçnə ödəməməlidir” – deyə Bill Gates bildriib.

//milli.az