Bill Qeytsin yeni sevgilisi üzə çıxdı – FOTObackend

Bill Qeytsin yeni sevgilisi üzə çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Microsoft”un qurucusu Bill Qeyts bir ildir ki, “Oracle” şirkətinin keçmiş baş direktoru Mark Hördün dul arvadı Paula Hördlə görüşür.

İnsayderlər iddia edirlər ki, Qeyts və Hörd 2015-ci ildə tennis matçı zamanı tanış olublar.

Onlar ilk dəfə birlikdə 2023-cü ilin yanvarında Melburnda Avstraliya Açıq Çempionatında görünüblər.

Paula Hördün 60 yaşı var və hazırda tədbir planlayıcısı, təşkilatçısı və xeyriyyəçidir. Ərinin 2019-cu ildə öldüyü zaman onun sərvəti 500 milyon dollar qiymətləndirilirdi.

Xatırladaq ki, Bill Qeyts 2021-ci ilin avqustunda arvadı Melinda ilə boşanmaq üçün rəsmi müraciət etmişdi.