Bina evində yaşayanlar üçün VACİB XƏBƏR – VİDEObackend

Bina evində yaşayanlar üçün VACİB XƏBƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnternet provayderlərinin sayı günbəgün artdığı halda bəzi yeni tikililərdə yalnız bir provayderdən istifadə olunur. Belə ki, yaşayış komplekslərinin rəhbərliyi təkcə əməkdaşlıq etdiyi təchizatçıların ərazidə fəaliyyətinə şərait yaradır. Nəticədə isə digər provayderlərin sözügedən binalara girişi, vətəndaşların isə seçim imkanları məhdudlaşdırılır.

Editor.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı  bir neçə yeni tikilidə çəkiliş apardıq. Sakinlərin sözlərinə görə, bina rəhbərliyinin təyin etdiyi internet provayderdən başqa digər xidmətlərdən istifadə edə bilmirlər.

İnformasiya Kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyir ki, belə məsələlər azad rəqabətə ziddir və qarşısını almaq üçün addımlar atılmalıdır.

Mütəxəssisin sözlərinə görə, yeni tikililərdə rast gəlinən bu problem intenetin keyfiyyətinə də təsir edir.