Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındıbackend

Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Türiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” səhifəsində bildirib.

“Cənab Prezident İlham Əliyev hörmətli Binəli Yıldırımı, millət vəkili Şamil Ayrımı və mühafizəçi Oğuzxan qardaşımızı xəstəxanada ziyarət etdi. Diqqətinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirik Varolsun. Xəstələrimizin vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq”, – səfir yazıb.