Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb – YENİLƏNİB  VİDEObackend

Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb – YENİLƏNİB VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə yeddi təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində altı nəfər (bir qadın, beş kişi olmaqla) xəsarət alıb. Onlardan dörd nəfər Kliniki Tibbi Mərkəzə, bir nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. Bir nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

22:49

“Bakının Binəqədi rayonunda baş verən yanğında xəsarət alan olmayıb”.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi polkovnik Rəşad Nəsirov jurnalistlərə bildirib.

Yanğının söndürülməsinə 15 texnika cəlb olunub. Hər mərtəbəsi 120 kvadratmetrdən ibarət olan ikimərtəbəli obyektdə yanğın mansarddan başlayıb.

“Yanğının digər binalara keçməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır”, – R.Nəsirov deyib.