Binyamin Netanyahu Rəfah şəhərində əməliyyat keçirmək planını təsdiqləyibbackend

Binyamin Netanyahu Rəfah şəhərində əməliyyat keçirmək planını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində əməliyyat keçirmək planını təsdiqləyib.

Editor.az xəbər verir ki, İsrail hökuməti başçısının ofisinin verdiyi açıqlamaya görə, İsrail Müdafiə Qüvvələri Rafahın mülki əhalisini təxliyə etməyə hazır olduğunu təsdiqləyib.

“Beynəlxalq təzyiqlərə baxmayaraq, biz Rəfaha daxil olacağıq, HƏMAS-ın qalan batalyonlarının ləğvini başa çatdıracağıq, təhlükəsizliyi bərpa edəcəyik, xalqın və İsrail dövlətinin tam qələbəsini təmin edəcəyik” – Netanyahu deyib. xatırladaq ki, İsrailin baş naziri fevralın 9-da Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyata başlamaq planlarını açıqlayıb.

İsrail ordusunun qoşunlarının şəhərə daxil olmasından əvvəl Benyamin Netanyahu Rəfah sakinlərinin təxliyyəsini təmin edəcəyinə söz verib. “Politico” mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rəfahda hərbi əməliyyat olacağı təqdirdə İsrailə yardımı məhdudlaşdıra bilər. Kanada, Avstraliya və Yeni Zelandiya hakimiyyəti də İsrailin Rəfah əməliyyatına qarşı çıxıb.

//Samir Qurbanov, Editor.az