Fələstin tərəfdarı PYM hərəkatı Vaşinqtonda, İsrailin baş naziri Binyamin Netanyahunun qaldığı “Watergate” otelinin ətrafına səpələnmiş qurd və kriketləri əks etdirən video yayımlayıb.
Böcəklər ABŞ və İsrail bayraqları fonunda otel dəhlizlərində və iclas zalında stolun üstündə sürünür. “Nuş olsun! Dünən gecə fələstinli etirazçılar Netanyahu, İsrailin Mossad agentləri və Məxfi Xidmətin xalqımıza terror törətməkdə davam etdiyinə əmin olmaq üçün “Watergate” otelində xaosa səbəb oldular”, – hərəkat sosial mediada X (keçmiş Twitter) yazıb.
“The Washington Post” (WP) qəzetinin yazdığına görə, etirazçıların hərəkətləri səbəbindən “Watergate”də yanğın siqnalı işə salınıb. Qəzet qeyd edir ki, Benyamin Netanyahunun səfərindən əvvəl oteldə təhlükəsizlik tədbirləri gücləndirilib. PYM hərəkatının nümayəndəsi Zaid Xətib WP-yə bildirib ki, fəallar videonu anonim şəxsdən alıblar. O əlavə edib ki, hərəkatın aksiyadan əvvəlcədən xəbəri olmayıb. Eyni zamanda, PYM otel binası qarşısında nümayişlər təşkil edir ki, Benyamin Netanyahu “burada olarkən dincəlməsin”.
Xatırladaq ki, iyulun 24-də Netanyahu Vaşinqtona gəlib və ABŞ Konqresində çıxış edib.
//Samir Qurbanov, Editor.az

