Bir adam eyni anda 38 iti gəzdirərək dünya rekordu qırıbbackend

Bir adam eyni anda 38 iti gəzdirərək dünya rekordu qırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı Mitchell Rudy 38 iti bir kilometrə yaxın gəzdirərək yeni Ginnesin Rekordlar kitabına düşüb. Kişi bildirib ki, bu nailiyyət 36 ev heyvanı ilə gəzintiyə çıxan cənubi koreyalı şəxsin nəticələrini yaxşılaşdırmaq üçün yaradılıb.

Editor.az xəbər verir ki, Rudy-nin kampaniyasında iştirak edən itlər Koreyanın evsiz heyvan sığınacağı tərəfindən təmin edilib. “Bu heyvanların sevgi və dəstəyə ehtiyacı var” deyən kanadalı, bu itlərin çoxunun it dəyirmanlarından və it əti istehsal olunan ərazilərdən xilas edildiyini söyləyib. Mitchell insanların diqqətini çəkmələri və sığınacaqdan it götürməyi düşünmələri üçün rekord vurduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az