Bir ailə küçədə satılan yeməkdən zəhərləndi: ana və iki uşaq öldü, ata ağır vəziyyətdədirbackend

Bir ailə küçədə satılan yeməkdən zəhərləndi: ana və iki uşaq öldü, ata ağır vəziyyətdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan bir alman ailəsi İstanbulun məşhur turizm bölgəsində küçə yeməklərindən zəhərlənib. Ana və iki uşağı ölüb, ata isə ağır vəziyyətdədir.

Editor.az bildirir ki, bu barədə 14 noyabrda ədliyyə naziri Yılmaz Tunç sosial mediada məlumat verib. Becek ailəsi tətil üçün İstanbula gəlib və Fatih rayonundakı bir oteldə yerləşib. 12 noyabrda onlar Ortaköy sahil bölgəsinə baş çəkiblər və orada yerli ləzzətləri – doldurulmuş midiya, kumpir və kokoreci dadıblar.

Elə həmin gün valideynlər və onların uşaqları – altı yaşlı oğul və üç yaşlı qız – ürəkbulanma və qusma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Qəzetin məlumatına görə, ilkin müalicədən sonra onlar evə buraxılıblar, lakin vəziyyətləri bir gecədə kəskin şəkildə pisləşib. Bütün ailə təcili olaraq yenidən xəstəxanaya yerləşdirilib. İstanbul Səhiyyə İdarəsinin direktoru Abdullah Emre Güner 13 noyabrda sosial mediada bildirib ki, tibb işçiləri uşaqları xilas edə bilməyiblər. Valideynlər reanimasiyaya köçürülüblər.

14 noyabrda Tunç anasının ölümünü təsdiqləyib. Atanın vəziyyəti isə ağır olaraq qalır. Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ailənin yeməkxanalarından yemək nümunələri götürüblər. Dörd nəfər – işçilər və bu müəssisələrdən məsul şəxslər – saxlanılıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün nümunələr Məhkəmə Tibbi Ekspertizası İnstitutuna təqdim edilib.

//Samir Qurbanov, Editor.az