Bir ailənin üzvləri qəzaya düşdülər: Ölən varbackend

Bir ailənin üzvləri qəzaya düşdülər: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda bir ailənin 3 üzvü qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Samir Məmmədov hadisə yerində ölüb.

Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Füruzə Əsəd qızı Məmmədova və 1955-ci il təvəllüdlü Sahib Fərzəli oğlu Məmmədov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.