Cənubi Afrika Respublikasının (RSA) sədrliyi ilə bu həftə Yohannesburqda keçiriləcək G20 toplantılarına bəzi ölkələrin maliyyə nazirləri qatılmayacaq.
Editor.az bu barədə “Financial Times”a istinadla yazır.
“Dünyanın ən böyük iqtisadiyyatlarının bir çoxunun maliyyə nazirləri bu həftə Cənubi Afrikada keçiriləcək G20 toplantısına qatılmayacaq. Maliyyə nazirlərini Keyptauna göndərməyəcək ölkələr arasında Hindistan, Çin, Braziliya və Meksika da var”,-deyə bildirilib.
Financial Times-ın məlumatına görə, Yaponiyanın maliyyə naziri Katsunobu Kato büdcə danışıqları ilə əlaqədar iclasda iştirak etməyəcək. Avropa İttifaqının iqtisadi komissarı Valdis Dombrovskis də iclasda iştirak etməyəcək.
//Gülnarə Abasova, Editor.az