Bir çox qadın deməyə utanır: ” Bu, çox vacib bir xəstəlikdir”backend

Bir çox qadın deməyə utanır: ” Bu, çox vacib bir xəstəlikdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar qadınlarda “sidik qaçırma” şikayətləri artıb. Bəs, bir çox qadının deməyə utandığı bu xəstəliyin səbəbləri nələrdir?

Editor.az mövzu ilə bağlı “Aksam.com.tr” nin Ginekologiya və Doğum Mütəxəssisi Doktor Emine Zeynep Yılmazla müsahibəsini təqdim edir:

-Sidik qaçırma nədir?

– Bu idarəolunmayan və arzuolunmaz bir xəstəliyin tibbi adı sidik qaçırmadır. Bütün qadınların 15-20%-də müşahidə olunsa da, kişilərə nisbətən daha çox rast gəlinir. Bir çox insan bu vəziyyətdən utandığı üçün həkimə getmir və müalicə olunmur. Əgər sidik qaçırma çox tez-tez baş verirsə və insanın həyat keyfiyyətini aşağı salırsa, bu xəstəlik sayılır və müalicə tələb olunur”.

-Sidik qaçırmanın səbəbləri nələrdir?

– Sidik qaçırma səbəbləri arasında yaşlılıq, infeksiyalar, təkrar doğuşlar, artıq çəkili körpə doğuşları, piylənmə, qəbizlik, sistit, şəkərli diabet, menopoz, böyrək daşları, qan təzyiqini aşağı salan, sidikqovucu trankvilizatorlar kimi bəzi dərmanların istifadəsi daxildir. Bəzən bu problem heç doğum etməmiş qadınlarda da görünür. Bunun səbəbi nədir? Bu genetik əsaslıdır. Sidik qaçırmanın müxtəlif növləri var. Bəzi xəstələrdə öskürərkən, gülərkən, asqırarkən sidik qaçırma müşahidə olunur; stress qaçırma adlanan bəzi xəstələrin tualetə çata bilməməsi, bu vəziyyətə çağırış qaçırma deyilir. Bəzən bu iki şərt bir arada olur. Diaqnozda xəstədən sidik qaçırma vəziyyəti, xəstəliyi şiddətləndirən və azaldan faktorlar, xəstənin yaşı, çəkisi, doğum tarixi və ailə tarixi alınır. Xəstədən sidik analizi, qanda qlükoza, ultrasəs və urodinamik (boşalma funksiyası) testləri tələb oluna bilər. Bunun narkotiklə əlaqəli olub-olmadığı araşdırılır.

-Bu xəstəliyin müalicəsi varmı?

-Sidik qaçırmanın müalicəsi xəstədən xəstəyə fərqlidir. Stress zamanı sidik qaçırma əməliyyata yaxşı cavab verərkən, sidik qaçırmada tualetə çata bilməmə kimi hallarda isə dərmanlardan istifadə edilir. Təbii ki, ilk növbədə, hər iki sidik qaçırma halında həyat şərtləri ilə bağlı bəzi təkliflərimiz var. Belə hallarda arıqlamaq, idman etmək, şəkər xəstəliyini müalicə etmək, qəbizliyin qarşısını almaq, həmçinin sidiyi tutmaq və buraxmaqla çanaq əzələlərini gücləndirmək kimi dəyişikliklər mütləqdir. Bu məşqlər müalicədə çox mühüm yer tutur. “Kegel” məşqlərlə dlanan məşqlərdə əzələlərin güclənməsi müşahidə edilir. Bundan əlavə, boşalma gündəliyi tutularaq sidik kisəsini öyrətməyə çalışılır. Çanaq əzələlərini gücləndirmək üçün biofeedback və elektrik stimullaşdırılması da istifadə edilə bilər.

-Sidik qaçırma problemi niyə önəmlidir?

-Sidik qaçırma insanın həyat rahatlığını pozmaqla yanaşı, bəzi sosial və çox təəssüf ki, psixoloji problemlər yaradır. Bu da dərinin qıcıqlanmasına, həssaslığına, qızartılarına və təkrarlanan infeksiyalara səbəb olur. Sosial həyata təsir edir və gələcəkdə depressiyaya qədər uzanan problemlərə yol açır. Unutmayın ki, bu problem sizdə varsa, ən qısa zamanda həkiminizdən kömək almaq həyatınıza çox müsbət təsir edəcək. Həkiminizlə məsləhətləşməkdən çəkinməyin.

//Gülnarə Abasova, Editor.az