Türkiyədə Əskişəhərin mərkəzi Odunpazarı rayonunda bir evdən 4 yük maşını tullantı çıxarılıb. Evdə dezinfeksiya və ətraflı təmizləmə işləri aparılıb.
Odunpazarı Bələdiyyəsindən verilən məlumata görə, İstiklal məhəlləsinin sakinləri bir evdən pis qoxu gəldiyi üçün bələdiyyəyə şikayət edib.
Şəhər Gigiyena Qurumunun qərarı ilə polis, Təmizlik Xidmətləri Müdirliyinin qrupları şikayət edilən evdə çürümüş qida maddələri, paltarlar, plastik butulkalar, qalay qutular, çantalar və kağızlardan ibarət zibilləri topladı.
Evdə dezinfeksiya və ətraflı təmizləmə işləri aparılıb. Qeyd edək ki, evdən 4 maşın zibil çıxarıb.
//Samir Qurbanov, Editor.az

