Bir həkim dünyada xərçəng xəstəliklərinin ən yüksək olduğu bölgəni açıqlayıbbackend

Bir həkim dünyada xərçəng xəstəliklərinin ən yüksək olduğu bölgəni açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Xərçənglə Mübarizə Birliyinin idarə heyətinin üzvü, tibb elmləri doktoru Maira Caleffi verdiyi açıqlamada bildirib ki, 2050-ci ilə qədər Latın Amerikasında xərçəng halları 83% arta bilər.

Editor.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Həkim qeyd edib ki, region ölkələrində xərçəngə yoluxma halları yüksəkdir və ölüm göstəriciləri də artmaqdadır. Onun sözlərinə görə, “gələcəyə dair proqnozlar da narahatedicidir”.

M. Caleffi vurğulayıb ki, yeni halların artımına daha az hazır olduqları üçün aşağı və orta gəlirli ölkələr bu prosesdən daha çox təsirlənəcək. Bu ölkələr sırasında Latın Amerikası və Karib hövzəsi ölkələri də yer alır.

//Gülnarə Abasova, Editor.az