Moskva Şəhər Elmi Terapevtlər Cəmiyyətinin sədri Pavel Vorobyov açıqlamasında qocalığın hansı yaşdan başladığı barədə danışıb.
Editor.az xəbər verir ki, mütəxəssis rəsmi olaraq qocalıq yaşının 60 yaş hesab edildiyini bildirib. Lakin reallıqda yaşlanma ilə bağlı xəstəliklər çox vaxt daha erkən dövrlərdə ortaya çıxdığı üçün qocalığın başlanğıcı daha gənc yaşlara təsadüf edə bilər. Məsələn, ürək xəstəlikləri artıq 45 yaşlı insanlarda müşahidə oluna bilir, şəkərli diabet isə hətta gənclərdə də inkişaf edir. Vorobyov qeyd edib ki, qocalığın başlanğıcı zaman keçdikcə daha gec yaşlara doğru dəyişə bilər.
O deyib: “Bir çox insan 50 yaşında ailə qurur və övlad sahibi olur. Təəssüf ki, qadınların reproduktiv dövrü 60 yaşdan sonra başa çatır. Lakin kişilər 60 yaşdan sonra da ata ola bilirlər. Bu gün bəzi insanlar 60 yaşında belə 40 yaşındakı görünüşlərini qoruyub saxlayırlar. Hətta 75–80 yaşlarında belə bir çox insan aktiv və normal həyat tərzi sürür”.
Vorobyov əlavə edib ki, ömür uzunluğuna genetik amillər də daxil olmaqla bir çox faktor təsir göstərir. Bununla belə, həkim ən mühüm amilin ətraf mühit, xüsusilə də insanın qidalanma tərzi olduğunu vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

