Ukrayna müdafiə qüvvələri eyni vaxtda Rusiyanın dörd hərbi aerodromunu vurub.
Editor.az bildirir ki, bu barədə avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb: “Avqustun 14-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Voronej, Kursk və Nijni Novqorod vilayətlərindəki dörd aerodroma hücum edib”, – məlumatda deyilir.
Ordu aviasiyası, Su-34 qırıcı-bombardmançı, Su-35 qırıcıları və digər Rusiya hərbi təyyarələrinin yerləşdiyi Xalino, Savasleyka, Borisoqlebsk və Baltimor hərbi aerodromları vurulub. Əsas hədəflər yanacaq-sürtkü materialları və aviasiya silahları olub”, – deyə idarədən əlavə ediblər.
//Samir Qurbanov, Editor.az