“Bir ildən çoxdur ki, narkotikdən uzağam”backend

“Bir ildən çoxdur ki, narkotikdən uzağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aparıcı Zaur Baxşəliyev və onun “Bizimləsən” verilişi mənə çox yardımçı oldu. Hepatoloq Fərrux Nağıyev məni müayinə etdi. Daha sonra dərmanlarıma kimi özü aldı. Bütün dərmanları içdim, iynələri və sistemləri isə mənə köçürtdülər. Bu müalicələrdən sonra özümü daha yaxşı hiss etdim. Onlara minnətdarlığımı bildirirəm”.

Milli.Az xəbər verir ki, bu sözləri məşhur meyxana ustadı və qəzəlxan Mahir Cürət bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkar bildirib ki, pis vərdişlərindən tamamilə azad olmaq üçün Mərdəkanda yerləşən “Şəfəq” reabilitasiya mərkəzində müalicələr alır:

“Davamlı müalicələr almalıyam ki, səhhətim pisləşməsin. Məsləhət olundu ki, narkomaniya və alkoqolizmdən müalicə edilən “Şəfəq” adlı reabilitasiya mərkəzinə gedim və orada bir müddət qalım. Oraya getdinsə, hər dəfə oranı tərk etməyə icazə yoxdur. O ərəfədə isə qızım həyat yoldaşı ilə Türkiyəyə köçməli idi. Elə oldu ki, başım qızımın işlərinə qarışdı. Onları yolladım Türkiyəyə, sonra qayıtdım reabilitasiya mərkəzinə. Orada ancaq reabilitasiya işləri görülür.

Amma mənə müalicə almaq lazımdır. Həmçinin anamdan uzaq qala bilmirəm. Onun 75 yaşı var. O da ağır şəkər xəstəsidir. Ondan nigaran qalıram. Reabilitasiya mərkəzində iki gün qaldım, sonra məcburiyyət qarşısında qalıb yenidən günorta saatlarında oğlum gəlib, evə məni gətirdi. Hazırda evdəyəm, müalicə alıram.
Mən artıq bir ildən çoxdur ki, narkotik qəbul etmirəm. Reabilitasiya mərkəzinə getməyimin səbəbi isə məhz bununla əlaqədardır. Orada verilən xüsusi preparatlar və edilən müalicələr sayəsində bədən o aslılıqdan tamamilə uzaqlaşır. Özünü daha gümrah, daha yaxşı hiss edirsən. Mərkəzlə gün ərzində danışıb yenidən ora qayıdacağam”

Qeyd edək ki, Mahir Cürət daha əvvəl ayaqlarında yaranmış çoxsaylı açıq yaralar səbəbindən M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilmişdi. Bundan sonra isə söz xiridarının qaraciyərində problemlər yaranıb.