Bir keşiş haqqında 2 uşağa cinsi təcavüz etdiyi iddiası ilə istintaq başladılıb.backend

Bir keşiş haqqında 2 uşağa cinsi təcavüz etdiyi iddiası ilə istintaq başladılıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada bir keşiş haqqında 2 uşağa cinsi təcavüz etdiyi iddiası ilə istintaq başladılıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Reims prokuroru Matthieu Bourrette verdiyi açıqlamada, iki şəxsin 1990-cı illərin sonlarında uşaqlıqlarından eyni keşiş tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını iddia edərək oktyabrın 21-də e-poçt vasitəsilə şikayət etdiklərini bildirib.

Bu şəxslərdən birinin 1996-1999-cu illər ərzində dəfələrlə cinsi təcavüzə məruz qaldığını bildirən Bourrette, onların ifadələrinin alınmasını istədiyini bildirib. Bourrette qeyd edib ki, keşiş haqqında “uşaqlara cinsi təcavüz etdiyi” səbəbi ilə istintaq başladılıb. Kilsələrdə Cinsi İstismar Müstəqil Komissiyasının (CIASE) oktyabrın 5-də açıqladığı hesabatda 1950-ci ildən bəri kilsələrdə 216 min uşağın cinsi istismara məruz qaldığı bildirilib.

Özəl məktəb və katolik kilsəsinə bağlı qurumlarda çalışanlar tərəfindən törədilən cinsi zorakılıq hallarını da əlavə etdikdə bu rəqəm 330 minə çatıb və kilsələrdə cinsi istismarın “sistemli bir hadisə” olduğu diqqətə çatdırılıb. CIASE sədri Jean-Marc Sauve verdiyi açıqlamada Katolik Kilsəsinin cinsi istismar hadisələri ilə bağlı lazımi tədbirləri görmədiyini vurğulayaraq bu qurumu məsuliyyət daşımağa çağırıb.

//Gülnarə Abasova, Editor.az