Bir milyondan çox ukraynalı öz evlərinə qayıdıbbackend

Bir milyondan çox ukraynalı öz evlərinə qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Dövlət Sərhəd Xidməti 1 milyondan çox ukraynalının vətənə geri qayıtdığını bildirib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki,  bu haqda məlumatı bu gün keçirilən mətbuat konfransında Ukraynanın Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko verib. O, qeyd edib ki, müharibə başlayandan bəri 5 milyon vətəndaşımız Ukraynanı tərk etsə də artıq 1 milyondan çoxu geri qayıdıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna Dövlət Sərhəd Xidmətinin vətəndaşların geri dönməsi ilə  bağlı rəqəmləri təsdiqləyib. Ancaq BMT-dən verilən məlumatda o da qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropada II Dünya Müharibəsindən sonra ən böyük qaçqın böhranı yaşanır.

  //Editor.az