“Bir müharibə veteranı kim ölkə rəhbərinin bizə olan qayğısını daimi hiss edirəm”backend

“Bir müharibə veteranı kim ölkə rəhbərinin bizə olan qayğısını daimi hiss edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 noyabr 2020-ci il- bu tarix təqvimizə qızıl və heç vaxt silinməyən hərflərlə yazıldı. Həmin gün 30 il erməni dığalarının murdar ayaqları altında zarıya-zayıra qalan, səbrsizliklə yolumuzu gözləyən tarixi torpaqlarımızın bir hissəsi azad olundu və digər hissəsinin də azad olunmasına görə düşmən kapitulyasiya aktına imza etməyə məcbur edildi.

Tarixə nəzər salanda Azərbaycan dövlətinin heç bir dövründə və heç bir rəhbəri belə bir qələbə qazanmamışdır. Tarixən düşmən torpaqlarımıza göz dikmiş, işğal etmiş və ərazi bütövlüyümüz pozulmuşdur. Torpaqlarımız hissə-hissə işğal edilmişdir.

27 sentyabr 2020 ci il tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsində yenilməz Ordumuz və bu yenilməz Orduya rəhbərlik edən Ali Baş Komandan, Müzəffər Prezidentimiz Azərbaycan tarixinə yeni bir möhtəşəm tarix əlavə etdi. Böyük Ermənistan yaratmaq xülyası ilə yaşayan və 200 illik işğalçılıq əməllərini həmin günə kimi yerinə yetirmək istəyən erməni dığaların arzusunu qara qəlblərində qoydu. Cənab Prezidentin sözləri ilə desək, onları iti qovan kimi tarixi torpaqlarımızdan qovduq. Artıq üçüncü ildir ki, Cənab prezidentin məlum sərəncamı ilə 8 noyabr günü Zəfər Günü kimi qeyd olunur.

Lerik rayonunda böyüyüb boya-başa çatmışam. Atam uzun illərdir ki, rəhbər vəzifələrdə işləyib və hal- hazırda da işləyir. Məmur övladıyam. Atam məmur olmağına baxmayaraq, mənim müharibəyə getməyimiə heç bir etiraz etmədi. Mən ona zəng edib deyəndə ki, məni cənab Prezidentin qismən hərbi səfərbərliklə əlaqədar sərəncamına əsasən ön cəbhəyə göndərmək istəyirlər, onun mənə cavabı – sənin kimi təcrübəli döyüşçülərə orda ehtiyac var, sənə yaxşı yol- oldu.

Həm aprel döyüşlərinin, həm də 27 sentyabr 2023- cü il tarixində başlayan və 44 günə zəfərlə başa çatan Vətən Müharibəsinin birbaşa iştirakçısıyam. Aprel döyüşlərində yaralanmağıma baxmayaraq, Vətən Müharibəsində mənə bildiriş gələn kimi heç bir tərəddüd etmədən müharibəyə yola düşdüm. Çünki Ordumuzun gücünü aprel döyüşlərində görmüşdüm və inanırdım ki, qısa bir vaxtda düşməni məhv edə bilərik. Həm də bilirdim ki, bu günki Azərbaycan Ordusu, 90-cı illərin Ordusu deyil, dövlətin rəhbəri həmin dövrün naşı rəhbərlərindən deyil. Bu yenilməz Orduya gözümün önündə siyasi addımları ilə dünyada tanınan və seçilən Heydər Əliyevin kimi böyük bir siyasətçinin varisi İlham Əliyev rəhbərlik edirdi. O, onun öz sözləri ilə desək, nəyi, necə və nə vaxt etməyi özü bilir.

Məhz ona görə müharibəyə yollandım və axıra kimi də mənfur düşmənə qarşı vuruşdum. Hər kəndi, hər şəhəri və doğma torpaqlarımızın hər qarışını azad edəndə oturub hönkür- hönkür ağlayırdım. Çünki alınmış torpaqlar canını fəda verən şəhid qardaşlarımızın qanı hesabına alınırdı. Bir tərəfdən də sevinc yaşları axıdırdım. Ona görə ki, o şəhid qardaşlarımızın qanı hədər yerə axmamışdı. Mən də şəhid ola bilərdim. Onsuz da hər bir vuruşan əsgər şəhid olmağı gözünün özündə saxlamışdı.

Bəli, bu gün fəxr edirəm ki, mən də Azərbaycan Ordusunu əsgəri olmuşam. Elə bir Ordunun ki, bu gün onun müharibə təcrübəsindən böyük və inkişaf etmiş dövlətlər istifadə edir. Ona görə fəxr edirəm ki, Heydər Əliyev məktəbinin yetirməsi, hələ 9 yaşında olanda Prezident tərbiyəsi görmüş, öz savadı və bacarığı ilə dünyanın diqqətini özünə, dövlətinə cəlb edən Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi bir Sərkərdənin Ordusunda xidmət etmişəm .

Bu gün bir müharibə veteranı kim ölkə rəhbərinin bizə olan qayğısını daimi hiss edirəm. Medallarla təltif olunmuşam. İstisasım üzrə işləyirəm. Buna görə Ölkə Rəhbərinə minnətdaram.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Dövləti.
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!

Sadiq Nəsirov