ABŞ və İsrail hakimiyyəti İrana zərbə endirmək niyyətindədir.
Editor.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır. Nəşr İsrail hökumətindəki mənbələrdən alınan məlumatlara istinad edir. Zərbənin məqsədi Tehranın nüvə proqramından qaynaqlandığı iddia edilən “təhlükəni” aradan qaldırmaqdır. Məqalədə bildirilir ki, təklif edilən irimiqyaslı hücumun vaxtı hələ müəyyən edilməyib, lakin zərbənin “bir neçə həftəyə” mümkün olacağı da istisna edilmir.
Nəşr həmçinin xatırladıb ki, ABŞ prezidenti Donald Tramp “İran tərəfinə öz nüvə potensialını ləğv etmək üçün son tarix” qoyub və ehtimal ki, bu il mayın ikinci yarısında başa çatacaq. Vaşinqton və İsrail MAQATE-nin “İranda zənginləşdirilmiş uran ehtiyatlarının əhəmiyyətli dərəcədə artması ilə bağlı” hesabatından sonra “sarsıdıcı zərbələrə” hazırlaşmaq qərarına gəliblər.
//Samir Qurbanov, Editor.az