“Azərbaycan dövləti tərəfindən işğaldan azad edilən ərazilərdə tikilmiş yeni yaşayış yerləri hazır olan kimi köç proses mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə köçürülmə Zəngilan rayonunun Ağalı kəndində başladı və Laçında davam etdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.
Siyasi şərhçi köç prosesinin sürətlə davam etdiyinə diqqət çəkib:
” Dünən artıq Laçına 15 ailə daha köçürüldü. Dövlətimizin əsas diqqət göstərdiyi məsələ öz dədə-baba yurduna qayıtmış vətəndaşlarımız üçün normal yaşayış şəraitinin təmin edilməsidir. Buna görə lazımi tədbirlər sürətlər həyata keçirilir, infrastruktur sürətlə bərpa edilir. Belə ki, orada yaşayan insanların təhlükəsizliyi də tam təmin edilib və edilməkdə davam edir. Nəzərə almaq lazımdır ki, Ermənistan işğal altında saxladığı ərazilərimizdə 30il ərzində çoxlu sayda mina basdırıb. Dövlətimiz həmin ərazilərdə həm minaları təmizləyir, həm infrastrukturu qurur, həm də yenidənqurma işləri aparır. “Qarabağa Qayıdış” proqramı öz sürəti ilə davam edir, yaxın zamanlarda Şuşaya da köç həyata keçirilə bilər. Bir neçə il ərzində isə artıq bu köç prosesi tam olaraq başa çatacaq və bütün məcburi köçkünlərimiz öz yurd-yuvalarına geri dönəcək”.
//Gülnarə Abasova, Editor.az

