Norveç bəzi müttəfiqləri ilə birlikdə Ukraynanın Rumıniyadan Patriot hava hücumundan müdafiə sistemi ala bilməsi üçün təxminən 120 milyon avro verəcək.
Editor.az hökümətin saytına istinadla xəbər verir ki, bunu baş nazir Jonas Qahr Stere bildirib.
Baş nazir bildirib ki, Norveç müttəfiqlərinin, o cümlədən ABŞ və Almaniyanın Rumıniyanın Ukraynaya daha bir Patriot sistemi tədarükünü maliyyələşdirəcəyi layihəyə 118 milyon avro ayıracaq.
“Rusiyanın hücumları dayanmadan davam edir və Ukraynanın mülki insanları qorumaq üçün daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Ukraynanın hava hücumundan müdafiəsi Norveç üçün prioritet sahədir və biz Ukraynaya yeni Patriot sistemi əldə etməkdə kömək edə bildik”, – Jonas Gahr Store bildirib.
O, Qərbin Kiyevə dəstəyini artırmalı olduğunu və hava hücumundan müdafiənin ən kritik ehtiyaclardan biri olduğunu deyib.
Qeyd edək ki, bundan əvvəl Hollandiya Ukraynaya hərbi yardım üçün müdafiə büdcəsindən təxminən 10,4 milyard avro ayırmışdı ki, bunun da təxminən 4 milyardı artıq xərclənib. Onlar daha əvvəl Kiyevdə Patriot sisteminin itirilməsindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefasını tələb etmişdilər.
//Gülnarə Abasova, Editor.az