Rusiya Müsəlmanları Ruhani İdarəsi Rusiya regionlarında İslam infrastrukturunun kifayət qədər inkişaf etmədiyini tənqid edib. İdarənin plenumunda məsələ müzakirə edilib və onun yekun qərarında öz əksini tapıb.
Editor.az bildirir ki, bəyanatda müsəlman mədəniyyət və təhsil mərkəzlərinin açılması, halal sənayenin yayılması, İslam bankçılığının inkişafının zəruriliyindən bəhs edilir.
“Bir milyondan çox əhalisi olan şəhərlərdə məscidlərin olmamasının həm müsəlman əhali, həm də qeyri-müsəlmanlar arasında gərginlik və narazılıq yaratdığını vurğulayırıq”, – bəyanatda deyilir.
İdarəetmə planlarına həmçinin həbs yerlərində ibadət evlərinin tikilməsinin mümkün olacağı standart layihənin hazırlanması da daxildir. Bu iş Federal Penitensiar Xidmətlə birgə həyata keçiriləcək.
//Samir Qurbanov, Editor.az

