Birbaşa bağlantı zamanı qadın jurnalisti avtomaşın vursa da, o, öz reportajını davam etdi – VİDEObackend

Birbaşa bağlantı zamanı qadın jurnalisti avtomaşın vursa da, o, öz reportajını davam etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikanın Qərbi Virciniya ştatının Dunbar şəhərində birbaşa bağlantı zamanı qadın jurnalisti avtomaşın vurub. Lakin qız özünü itirməyib, ayağa qalxıb və işini davam edib.
Hadisə WSAZ-TV kanalının qadın jurnalisti Tori Yorginin başına gəlib. Qız sonuncu həftəsini işləyirdi.
Kadrlardan görünür ki, birbaşa bağlantıda jurnalist qadın aparıcı ilə söhbət edərkən qəflətən onu maşın vurub. Qız küçəyə kürəyi ilə dayandığından avtomaşını görməyib və oriyentasiyasını itirib.
Avtomobilin sürəti çox olmayıb, amma hər halda qızı vurub və yerə yıxıb.
Lakin hətta belə “sərgüzəştdən” sonra da qadın özünü itirməyib və tez ayağa qalxıb.
Kadrlarda eşidilir ki, kimsə ona köməyini təklif edir, amma Tori bundan imtina edir və deyir ki, hər şey qaydasındadır.
Sonradan qadın deyib ki, yerə yıxıldığı an bütün həyatı gözləri önünə gəlib. Həmçinin qız zarafatından da qalmayıb, deyib ki, bu, onun işində sonuncu həftəsidir.
Nəhayət, o, öz reportajını birtirməyə nail olub.
Bu hadisədən sonra o, sonuncu iş həftəsini ömrü boyu xatırlayacaq.
Sonradan Tori müayinədən keçmək üçün xəstəxanaya müraciət edib. Həkimlər qızın sağlamlığında problem olmadığını deyiblər.