Birgə hərbi təlimlər: “NATO-da xüsusi çəkiyə malik olan türk ordu modeli Azərbaycanda tətbiq edilir”-AÇIQLAMAbackend

Birgə hərbi təlimlər: “NATO-da xüsusi çəkiyə malik olan türk ordu modeli Azərbaycanda tətbiq edilir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə arasında keçirilən təlimlərin sayı bir daha göstərir ki, Azərbaycan türk ordu modelinə keçid məsələsində kifayət qədər qərarlıdır və bu istiqamətdə fəaliyyətin böyük bir hissəsi icra edilib”.

Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimlərə başlaması və bu təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsinin planlaşdırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə modelinə keçidin əsas məqsədlərindən biri NATO hərbi siyasi Alyansında xüsusi çəkiyə malik olan türk ordu modelini Azərbaycanda tətbiq etməkdir:

“Azərbaycan bununla NATO-nun müsbət hərbi ənənələrinə malik bir ordu qurmaq niyyətindədir.Azərbaycan ordusu 21-ci əsrin tək qalib ordusudur. Türkiyə də son on illikdə hərbi əməliyyatlarda daim qələbələr əldə edib. Belə olduğu halda hər iki qardaş ölkənin ortaq hərbi təcrübəsinin tətbiqi kifayət qədər uğurlu nəticələr verəcək”.

Hərbi ekspertin fikrincə, Türkiyə ordusunun döyüş təcrübəsi kifayət qədər uzun dövrü əhatə edir:” Rəsmi Ankaranın terrorizmlə mübarizə sahəsində geniş imkanlarının rəsmi Bakı üçün də əlçatan olması, Suriya, İraq və Livya təcrübəsilə ordumuzun Qarabağ və Zəngəzurda əldə etdiyi təcrübələrin sintezi Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin kifayət qədər geniş imkanlar əldə etməsi ilə nəticələnəcək. Türk ordu modelinin əsas xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, artilleriya və digər döyüş dəstəyi bölmələrini iştirakı olmadan az saylı xüsusi təyinatlı və ya komando bölmələri avtonom şəkildə uzaq məsafələrdə vacib, strateji vəzifələri icra etmək imkanına malikdir”.

//Safura Bənnayeva, Editor.az