“Təlimlər ordunun döyüş hazırlığının yoxlanılması, döyüş bacarığının öyrənilməsi, imkanların gücləndirilməsi, istifadəsində olan silah texnikalarının hazırlığının yoxlanılması kimi məsələləri özündə əks etdirir”. Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspertin sözlərinə görə, keçirilən hər bir təlimin arxasında müəyyən hərbi-siyasi mesajlar var: ” Hesab edirəm ki, İranın son vaxtlar hərbi ritorika ilə çıxış etməsi, ermənilərin həm Azərbaycan-Ermənistan dövlət sərhəddində, həm də Qarabağdakı təxribatları, Fransanın Azərbaycana qarşı aqressiv münasibəti, bütün bunlar onu deməyə əsas verir ki, təlimlərin hərbi-siyasi məqsədi var. Bu, həm İrana, həm Ermənistana, həm də bölgədə maraqları olan dövlətlərə yönəlib. Ordular arasında təcrübə mübadiləsi, silah-texnikanın birgə istifadəsi kimi tədbirlər həyata keçirilir. Ümumilikdə bu tədbirlər hərbi-siyasi, hərbi-texniki baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”.
//Safura Bənnayeva, Editor.az

