“Biri Lavrova anlatsın ki..” – Politoloqdan Rusiya rəsmilərinə SƏRT CAVABbackend

“Biri Lavrova anlatsın ki..” – Politoloqdan Rusiya rəsmilərinə SƏRT CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya rəsmiləri və bu ölkənin xarici işlər naziri Sergey Lavrov erməniləri rahatlatmaq üçün elə hey deyirlər ki, Dağlıq Qarabağda Türkiyə sülhməramlıları olmayacaq”.

Editor.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, bu xora Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qoşulub:

“Biri bunlara anlatsın ki, Şuşa, Hadrut və azad edilmiş bir sıra bölgə, qəsəbə, şəhər Dağlıq Qarabağın içidir və buralar Azərbaycan qoşunlarının nəzarəti altındadır, ona görə də türkiyəli sülhməramlılar (əgər biz bunu istəyiriksə) buralarda yerləşə bilər. Lavrova və Bülbüloğluna lütfən bunu anlatsınlar”.