Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriya hökumətini İsraillə HƏMAS hərəkatı arasında münaqişəyə müdaxilə etməməsi barədə xəbərdarlıq edib.
Editor.az bildirir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər yayıb. Mənbəyə görə, BƏƏ Suriya hakimiyyətini Suriya ərazisindən İsrailə hücumların qarşısını almağa çağırıb.
BƏƏ Suriya rəsmiləri ilə təmasları barədə ABŞ prezidenti Co Bayden administrasiyasını məlumatlandırıblar. Əmirlik rəsmisi “özəl diplomatik danışıqları müzakirə etməyəcəyini” söyləyib. Suriyanın BMT-dəki missiyası məlumatı şərh etməyib.
Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb.
//Samir Qurbanov, Editor.az

