Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Volodimir Zelenskini ələ saldıbackend

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Volodimir Zelenskini ələ saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan İsrailin baş naziri Binyamin Netanyahunun İordan çayının qərb sahilində işsiz qalan fələstinli işçilərə müavinət ödəməsi tələbini rədd edib.

Editor.az bildirir ki, HƏMAS-ın İsrailə hücumundan sonra bu ölkə hökuməti İordan çayının qərb sahilini bağlayıb. Nəticədə orada yaşayan, lakin İsraildə işləyən 100 mindən çox fələstinli işsiz qalıb. İsrail və ABŞ-da belə şərtlərin zorakılığın artmasına səbəb ola biləcəyi ilə bağlı qorxular var.

“Axios”un mənbələrə istinadən verdiyi məlumata görə, bir neçə həftə əvvəl İsrailin baş naziri BƏƏ-nin onlara dəstək verməyə və fələstinli işçilərə pul ödəməyə hazır olub-olmadığını soruşub. Prezident cavab verdi ki, bunu edə bilməz, sonra istehza ilə Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət etməyi təklif edib.

“Məhəmməd bin Zayed Əl Nəhyan deyib ki, Zelenski xarici ölkələrdən çoxlu pul alır, ona görə də bəlkə o kömək edə bilər”, – nəşr yazır.

//Samir Qurbanov, Editor.az