Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) iqlim dəyişikliyinin dağıdıcı təsirlərinin artdığını və bu təsirlərin Afrikada kənd təsərrüfatı məhsullarına ziyan vurduğunu açıqlayıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, IPCC-nin “İqlim Dəyişikliyi 2022: Təsirlər, Uyğunlaşma və Zəiflik” adlı hesabatı dərc olunub. Hesabatda iqlim dəyişikliyinin Afrikada kənd təsərrüfatı məhsullarına zərər verdiyi və heyvanların həyatına mənfi təsir etdiyi bildirilib.

Zədələnmiş əkin əraziləri səbəbiylə qida probleminin yaşandığını diqqətə çəkən hesabatda, xüsusilə Sahara-altı Afrikada buğda və qarğıdalı kimi məhsulların iqlim dəyişikliyindən mənfi təsirləndiyi qeyd edilib. Hesabatda vurğulanıb ki, iqlim dəyişikliyi Afrikada 1961-ci ildən bəri kənd təsərrüfatı torpaqlarını üçdə bir (34 faiz) azaldıb ki, bu da digər bölgələrdən daha çoxdur.
//Gülnarə Abasova, Editor.az

