Dünən, noyabrın 15-də Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Şamadakı qərargah binasına 155 mm-lik canlı artilleriya mərmisi düşüb.
Heç kim xəsarət almayıb. Mərmi partlamayıb. UNIFIL-in Teleqram mesajında deyilir ki, italiyalı mütəxəssislər ərazini tez bir zamanda mühasirəyə alıb və idarə olunan partlama həyata keçiriblər. Təşkilat münaqişə tərəflərinə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini xatırladıb.
Yenə dünən UNIFIL bildirdi ki, bir neçə naməlum hücumçu İsraillə sərhəddə marşrutu izləyən missiya patruluna atəş açıb. Bundan əvvəl sülhməramlılar döyüş sursatı anbarı aşkarlayıb və bu barədə Livan ordusuna məlumat veriblər.
Xatırladaq ki, BMT-nin sülhməramlı qüvvələri 1978-ci ildən Livandadır. Onların vəzifələrinə atəşkəsə nəzarət etmək və Livan və İsrail arasında Mavi Xətt boyunca təhlükəsizliyi qorumaq daxildir. UNIFIL oktyabrda üç dəfə sülhməramlıların xəsarət aldığını bildirib. Oktyabrın 13-də İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək sülhməramlı qüvvələrin Livan ərazisindən çıxarılmasını tələb edib.
//Samir Qurbanov, Editor.az