Birləşmiş Ştatlar gələcəkdə İranla nüvə məsələləri üzrə danışıqlara qayıtmaq imkanını istisna etmir.
Editor.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün CNN telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Vaşinqton hazırda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) müzakirə etmir, lakin o eyni zamanda Tehrana iki ölkə arasında yaranmış gərginliyi “azaltmaq” istəyini də çatdırmaq istəyir.
“Gəlin görək, bunu edəcəklərmi. Güman edirəm ki, bu halda bizdə nüvə problemlərinə dair dialoqa qayıtmağa imkan verəcək atmosfer yaranacaq”, – Entoni Blinken deyib.
Xatırladaq ki, ABŞ 2018-ci ilin mayında JCPOA-dan çıxdıqdan və Tehrana qarşı sanksiyaları bərpa etdikdən sonra İran bu saziş üzrə öhdəliklərini tədricən azaltmağa başlayıb və nüvə tədqiqatları və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edib.
//Samir Qurbanov, Editor.az

