Bişkek Beynəlxalq Hava Limanında bomba həyəcanıbackend

Bişkek Beynəlxalq Hava Limanında bomba həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün günorta saatlarında Qırğızıstanın paytaxtı Bişkek Beynəlxalq Aeroportunun administrasiyasına anonim zəng daxil olub: zəng edən şəxs aeroportun aerovağzal binasına partlayıcı qurğunun qoyulması haqqında “Manas Beynəlxalq Hava Limanı” da daxil olmaqla respublikanın əsas hava limanları ASC-nin administrasiyasına məlumat verib: “Aeroport xidmətlərinin əməkdaşları və sərnişinlər binaya partlayıcı qurğu qoyulması barədə daxil olan anonim siqnala görə binadan təxliyə edilib” – Bişkek Beynəlxalq Hava Limanı administrasiyasının nümayəndəsi məlumat verib.

İndi hava limanına xidmət göstərən bütün heyət və sərnişinlər terminaldan çıxarılaraq küçədədirlər. Aeroport binasının özündə ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları yerləşdirilmiş partlayıcıları axtarırlar.

Qeyd edək ki, bu ay Bişkek hava limanının “minalanması” ilk dəfə deyil. Oxşar xəbər bir neçə gün əvvəl də rəhbərlik tərəfindən alınmışdı. Lakin təhlükəsizlik qüvvələri hava limanında heç bir partlayıcı qurğu tapmamışdı.

//Samir Qurbanov, Editor.az