Bişkek meri koronavirusa yoluxubbackend

Bişkek meri koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın paytaxtı Bişkekin meri Əziz Surakmatov yeni növ koronavirusa (COVID-19) yoluxub.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə paytaxt meriyasının aparat rəhbəri Balbək Tulobayev “Facebook” hesabında məlumat verib.

“Təəssüf ki, Bişkek meri Əziz Surakmatovun COVID-19 analizinin nəticəsi müsbət çıxıb”, – deyə B. Tulobayev bildirib.

Onun sözlərinə görə, paytaxt meri son üç gündür özünü təcrid edir, onun hərarəti aşağıdır.