Bişkekdə etirazlar: Daxili qoşunlar ərazini mühasirəyə aldı – FOTO/VİDEObackend

Bişkekdə etirazlar: Daxili qoşunlar ərazini mühasirəyə aldı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkekin mərkəzində, Çuyski prospekti ilə Kurmanjan Datka küçəsinin kəsişməsində minə yaxın insan toplaşıb.

Məlumata görə, daxili qoşunlar vətəndaşların toplaşdığı küçəni mühasirəyə alıb. Bildirilir ki, mühasirəyə alınan Çuyski prospekti ilə 7 aprel küçəsinin kəsişməsində təhlükəsizlik qüvvələri dayanıb.

Xatırladaq ki, mayın 13-də əcnəbilərin yaşadığı Bişkek hostellərindən birinin həyətində onların iştirakı ilə dava baş verib. İğtişaşlar zamanı bir neçə yerli sakin döyülüb. Bu gün insanlar etiraz əlaməti olaraq həmin hostelin qarşısına toplaşıblar.