Bişkekdə fövqəladə vəziyyət rejimi uzadıldıbackend

Bişkekdə fövqəladə vəziyyət rejimi uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov paytaxt Bişkekdə fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzadıb.

“Report” “24.kg”ya istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası prezidentinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, 2020-ci il oktyabrın 12-dən 19-dək saat 20:00-dan 07:00-dək Bişkekdə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

Qırğızıstan daxili işlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekin komendantı təyin olunub.

Qeyd edək ki, S.Jeenbekov tərəfindən Bişkekdə fövqəladə vəziyyət rejimi birinci dəfə oktyabrın 9-da təyin olunsa da, deputatlar toplaşmadığı üçün parlament bu sərəncamı təsdiqləməmişdi.