Bişkekdə “Mi-8” hərbi vertolyotu qəzaya uğrayıbbackend

Bişkekdə “Mi-8” hərbi vertolyotu qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkekin kənarında “Mi-8” hərbi vertolyotu qəzaya uğrayıb. Ekipaj komandiri həlak olub, 7 nəfər yaralanıb.

“Qırğızıstanaeronaviqasiya” dövlət müəssisəsi və Qırğızıstanın Müdafiə Nazirliyinin məlumatına görə, helikopter yerli vaxtla saat 10:55-də “Frunze-1” aviabazasında qəzaya uğrayıb.

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin helikopterinin “məşq uçuşları zamanı təcili sərt eniş etdiyini” açıqlayıb. “Müdafiə Nazirliyi və Hava Hücumundan Müdafiə Qoşunlarının rəsmiləri hadisənin baş vermə şəraitini araşdırır. İstintaqın nəticələri ilə bağlı əlavə məlumat daha sonra açıqlanacaq”, – idarənin bəyanatında deyilir (Vesti.kg).

Mütəxəssislər qara qutunu tapıblar. Faktla bağlı cinayət işi açılıb.

//Samir Qurbanov, Editor.az