Biz ağıllı kompromisslərə hazırıq, ancaq heç bir güzəşt olmayacaq – Prezident Vladimir Putinbackend

Biz ağıllı kompromisslərə hazırıq, ancaq heç bir güzəşt olmayacaq – Prezident Vladimir Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin Rusiyanın hərbi əməliyyatların başa çatması ilə bağlı mümkün danışıqlar zamanı Ukrayna ilə “ağlabatan kompromislərə getməyə” hazır olduğunu söyləyib.

Lakin eyni zamanda, Moskva heç bir güzəşt etmək niyyətində olmadığını da bildirib. “Nəticə Rusiyanın xeyrinə olmalıdır. Mən birbaşa, xəcalət çəkmədən danışıram və nəticə döyüş meydanında görünən həqiqətlərdən keçməlidir. Şübhəsiz ki, burada heç bir güzəştə getməyəcəyik, heç bir güzəşt etmək niyyətində deyilik, heç bir mübadilə olmayacaq … Biz kompromis axtarmağa hazırıq və bu kompromislərə getməyə hazırıq “- Rusiya prezidenti deyib.

Vladimir Putin, eyni zamanda Ukrayna ilə birbaşa danışıqların olmaması səbəbindən təfərrüatlara girməyə hazır olmadığını bildirib. O, Türkiyənin dəfələrlə vasitəçi rolunu qəbul etdiyini, münaqişə tərəfləri arasında təşəbbüsləri çatdırdığını xatırladıb.

//Samir Qurbanov, Editor.az