“Biz Amerikanın ayırdığı cüzi vəsaitə qalmamışıq”- Politoloq ŞƏRH EDİRbackend

“Biz Amerikanın ayırdığı cüzi vəsaitə qalmamışıq”- Politoloq ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Noyabrın 15-də konqresin nümayəndələr palatasında və “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirildi. Halbuki Dağlıq Qarabağ yoxdur”.

Bu sözləri Editor.az-a ABŞ Senatının Azərbaycana yardımı dayandıran qanun qəbul etməsi ilə bağlı danışarkən politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Entoni Blinkenin köməkçisi çıxış edərək Azərbaycanla yüksək səviyyədə görüşlərin dayandırılması haqqında bəyannamə qəbul edib. Təbii ki, buna cavab olaraq qəbul edilən bəyannaməni pislədik və fikrimizi bildirdik. ABŞ senatında Azərbaycana qarşı aktivlik göstərənlər də məhz erməni lobbisinin pulu ilə ora seçilənlərdir. Ermənilər bütün yollardan istifadə edirlər və bu fonda da erməni havadarları bizə edilən yardımın dayandırılması ilə bağlı qəbul ediblər. Onsuz da edilən yardım Ermənistana edilən yardımla müqayisədə çox cüzi miqdarda olub. Bu da Amerikanın yürütdüyü siyasətdən xəbər verir.

Azərbaycan Ermənistan kimi dilənçi, ələbaxan gündə deyil. Dövlətimiz müstəqil, güclü iqtisadiyyatı olan donor ölkələrdən biridir. Azərbaycan son üç ildə Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə də yardımlar etmişdir. Yəni biz Amerikanın bizə ayırdığı cüzi vəsaitinə qalmamışıq.

Zənnimcə yaxın zamanlarda Amerika rəhbərliyi bizə qarşı etdikləri səhvi anlayacaqlar”.

//Səbinə Hüseynli, Editor.az