“Hakimiyyət ölkənin dinc inkişaf erasına keçməsini təmin etməlidir”.
Editor.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentin bu günkü iclasında çıxışı zamanı deyib:
“Biz gərək bu yolla gedək. Bu təkcə bizdən asılı deyil. Xalq onu hara apardığımızı bilməlidir”-deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bu gün belə bir imkanın yarandığını görür: “Sadəcə siyasi iradə göstərib tost deməkdən məsələnin həllinə keçmək lazımdır”.
“Biz Azərbaycan ərazisindən keçək, amma Azərbaycan bizim ərazidən keçməsin? Bunu biz necə təsəvvür edirik? Başqa cür də mümkündür: Nə onlar, nə də biz ərazilərimizdən keçməyəcəyik. Bu o deməkdir ki, biz özümüz ölkəmizi blokadaya salan siyasət aparırıq. Belə olmaz, qərar qəbulu ilə bağlı addım atmaq lazımdır”.
Azpost.info

