Biz bir daha öz diplomatlarımızı təhlükə altına ata bilmərik: “Bu, bizim prinsipial mövqeyimizdir”backend

Azərbaycan bir daha öz diplomatlarını təhlükə altına ata bilməz: “Bu, bizim prinsipial mövqeyimizdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması gözləniləndir, ancaq bir sıra şərtlərimiz yerinə yetirilməlidir. Azərbaycan üçün bu məsələ çox həssasdır və bu barədə öz mövqeyini qəti şəkildə bildirib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilk öncə səfirliyə baş verən hücumla bağlı istintaq prosesinin hər iki ölkənin iştirakı ilə aparılmasını təklif etdi:

“Ancaq İran buna razı olmadı. Nəticələrlə bağlı İran və Azərbaycan Baş prokurorlarının görüşü onu deməyə əsas verir ki, burada müəyyən irəliləyişlərə nail olmaq mümkün olsa da ardıcıl fəaliyyət, açıq, səmimi münasibət ön planda olmalıdır. Bütün təmaslar nəticəyə hesablanmalıdır. Yalnız bu halda ki, Azərbaycan tərəfi qaneedici nəticə əldə etdikdən sonra Tehrandakı səfirliyimiz fəaliyyətə başlaya bilər. Ancaq burada da 1961-cu il “diplomatik əlaqələr haqqında” qəbul edilmiş Konvensiyanın tələbləri sərt şəkildə qorunmalı, diplomatlarımızın həyat və fəaliyyəti üçün heç bir təhdid olmamalı, bütün təhlükəsizlik tədbirləri təmin olunmalıdır. Biz bir daha öz diplomatlarımızı təhlükə altına ata bilmərik. Bu, bizim prinsipial mövqeyimizdir. İran-Azərbaycan arasında dostluq, əməkdaşlıq, mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlər formalaşmalıdır və İran tərəfi bu niyyətini açıq şəkildə bildirməlidir”.

//Gülnarə Abasova, Editor.az