Rusiya lideri Vladimir Putin deyib ki, işğalçı Rusiya guya Ukraynada başladığı müharibənin sülh yolu ilə həllinə hazırdır, ancaq zəbt etdiyi əraziləri nəzərə almaq və Moskva üçün zəmanət şərtləri ilə.
Editor.az bildirir ki, bu barədə Putin “Rossiya 1” və RİA Novosti, RT, BBC Rus Xidmətinə müsahibəsində deyib: “Biz danışıqlara hazırıqmı? Bəli hazırıq.
Ancaq psixotrop dərmanlardan istifadə etdikdən sonra bəzi istəklərə əsaslanaraq deyil, belə hallarda necə deyərlər, yer üzündə yaranmış reallıqlara əsaslanaraq danışıqlara”. O, əlavə edib ki, “mümkün danışıqlar Kiyevin yenidən silahlanması üçün pauza deyil, Moskva üçün təhlükəsizlik zəmanəti ilə ciddi söhbət olmalıdır”.
//Samir Qurbanov, Editor.az

