“Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq” – Konstantin Zatulinbackend

“Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq” – Konstantin Zatulin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq, özünüz nəsə edin.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı siyasətçi Konstantin Zatulin erməni mətbuatına müsahibəsində deyib.

O bildirib ki, əgər Ermənistanın KTMT üzvü olaraq maraqları pozulursa, o zaman KTMT-yə müraciət etsinlər:

“Ermənistan nə edir? Niyə müraciət etmir? Çünki Ermənistan hökuməti hesab edir ki, Rusiyaya kömək üçün müraciət etsə, qərbli dostlarının xətrinə dəyər. Kimə arxalanacağını müəyyənləşdirmək lazımdır. Rusiyanın bu vəziyyəti həll etməyə çalışması normal deyil. Ermənistan siyasi baxımdan parçalanır. Baş naziriniz isə elə davranır ki, sanki, keçmiş prezidenti həbsə atmaqla ölkəni idarə etməyə davam edəcək”.