“Biz gec-tez ermənilərlə eyni məhlədə yaşamalı olacağıq, çünki…”-Deputatbackend

“Biz gec-tez ermənilərlə eyni məhlədə yaşamalı olacağıq, çünki…”-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsində biz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdik. Bu gün bu ərazilərdə sürətli quruculuq-abadlıq işləri aparılır, minalardan təmizlənərək təhlükəsizlik təmin edilir. Qaçqın və köçkünlərimizin öz yurd yuvalarına qayıdışı üçün müasir həyat şəraiti yenidən bərpa edilir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, Qarabağda ermənilərin yaşadığı ərazilərdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. 5 ildən sonra ehtiyac yaranacaqsa, bu müddət tərəflərin razılığı ilə uzadıla bilər:

“Biz gec-tez ermənilərlə eyni küçədə, eyni məhlədə yaşamalı olacağıq. Çünki Qarabağda hal-hazırda ermənilərin yaşadığı ərazilərdən qaçqın düşmüş soydaşlarımız var ki, onlar da öz yurd-yuvalarına qayıdacaqlar. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərək yaşamaq istəyərlərsə, təbii ki, bizimlə birgə yaşaya bilərlər. Bütün bu proseslər müəyyən zaman müddətində öz həllini tapacaq. Azərbaycan tolerant ənənələrə malik çoxmillətli bir ölkədir. Bu gün bu dünyada etiraf edilən həqiqətlərdəndir.”

//Gülnarə Abasova, Editor.az