“Biz heç vaxt Azərbaycana hava məkanımızı bağlamamışıq” – İran XİNbackend

“Biz heç vaxt Azərbaycana hava məkanımızı bağlamamışıq” – İran XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səid Xətibzadə deyib: İran İslam Respublikası Azərbaycana hava məkanını bağlamayıb.

Editor.az  bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İranla Azərbaycan Respublikası arasındakı münasibətlər normaldır və onu pozmaq normal deyil. İki ölkə arasındakı münasibətlər düzgün məntiqə əsaslanıb. İran narahatlıqları dilə gətirilib və bu, iki tərəf arasında mehriban qonşuluq və yaxşı münasibətlər kontekstindədir.

O əlavə edib: “Bakıdakı dostlarımız bu narahatlıqları aradan qaldıracaqlarını bildiriblər. Bəzi məqamlarda və məsələlərdə Azərbaycandan gözləntilərimiz özünü doğrultmayıb. Biz hər zaman Azərbaycana münasibətdə qardaş münasibəti göstərmişik”.

“Biz heç vaxt Azərbaycana hava məkanımızı bağlamamışıq. Quru yol açıqdır və ticarət əlaqələri davam etdirilir. Hər iki tərəf üçüncü tərəflərin münasibətlərə təsir etməsinə imkan verməməlidir”, – deyə o qeyd edib.