Ağ Evin mətbuat katibi Caroline Levitt Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı öncəsi bildirib ki, tərəflər heç vaxt Ukraynada sülhün əldə olunmasına bu qədər yaxın olmayıblar.
Eyni zamanda, xanım Levittin sözlərinə görə, Amerika prezidenti qarşıdakı söhbət gözləntiləri doğrultmasa, Rusiyaya qarşı “təzyiq rıçaqlarından” istifadə etməyə hazırdır. “Biz heç vaxt sülh sazişinə indi olduğumuz qədər yaxın olmamışıq. Prezident isə, bildiyiniz kimi, bu məqsədə çatmaqda qərarlıdır”, – deyə Karolin Levitt brifinqdə bildirib.
Samir Qurbanov, Editor.az