İsrailin baş naziri Binyamin Netanyahu oktyabrın 8-də özünün Facebook səhifəsində yayımladığı videomüraciətdə bildirib ki, İsrail Livandakı hava hücumları nəticəsində öldürülən “Hizbullah” lideri Həsən Nəsrullahın varisini də öldürüb.
“Biz “Hizbullah”ın imkanlarını zəiflətdik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özünü, onun varisi və varisinin varisini öldürdük. Bu gün “Hizbullah” uzun illərdən bəri olduğundan daha zəifdir”, – Netanyahu bildirib.
Oktyabrın 8-də İsrailin müdafiə naziri Yoav Qalant demişdi ki, Nəsrullahın varisi də “ehtimal ki, aradan qaldırılıb”.
//Samir Qurbanov, Editor.az