Biz müharibə istəmirik, lakin müharibədən qorxmuruq – İranın xarici işlər naziri Abbas Əraqçibackend

Biz müharibə istəmirik, lakin müharibədən qorxmuruq – İranın xarici işlər naziri Abbas Əraqçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniya, Almaniya və Fransa Xarici İşlər nazirliklərinin rəhbərləri ilə telefon danışığı aparıb.

Əraqçi deyib ki, Tehran müharibədən qorxmur, amma buna can da atmır. İranlı nazir deyib ki, Tehran qanuni müdafiə hüququndan istifadə edib. BMT Nizamnaməsinin 51-i və hücumun hədəfi “yalnız hərbi bazalar” olub. O, həmçinin “istənilən üçüncü tərəfə” münaqişəyə qarışmamaq barədə xəbərdarlıq edib.

“Əməliyyat başa çatıb, lakin sionist rejim gərginliyə çalışsa, cavabımız daha sərt olacaq. İran müharibədən qorxmasa da, gərginliyi və müharibəni böyütməyə çalışmır”, – deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri Telegram-da bildirib.

//Samir Qurbanov, Editor.az